Azərbaycanda işsizlər üçün ŞAD XƏBƏR – Ayda 345 AZN ala bilərəcəklər.

İş tapmaqda çətinlik çəkən şəxslər üçün Dövlət Məşğulluq Agentliyinin layihələri səhrada suya bənzəyir. Belə ki, agentliyə müraciət edən şəxslər fərqli layihələrdə iştirak etməklə işlə təmin olunmaq fürsəti qazanırlar.

Dunyaxeber.org xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinə müraciət etdikdən sonra müraciəti cavabsız qalanlar da az deyil. Agentliyin açıqlamasına görə, müraciətlərə 5 iş günü ərzində baxılır və münasib iş təklifi edilmədiyi, işə götürən tərəfindən vakansiyadan imtina edildiyi təqdirdə həmin şəxslər işsiz kimi qeydiyyata alınır.

Hazırda işsiz kimi qeydiyyta düşən şəxslər üçün 175 sahə üzrə peşə hazırlığı həyata keçirilir. Bu siyahı ilə agentliyin saytında tanış olmaq mümkündür. Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir.

Qeyd edək ki, peşə hazırlığı layihəsinə müraciət etmək istəyən şəxslər yaşadığı rayon üzrə regional məşğulluq filiallarına müraciət edə bilər. Vətəndaşların orada qeydiyyatı aparılır, məşğulluq imkanları qiymətləndirilir və daha sonra peşə hazırlığı üzrə layihədə iştirak etmək istəyən müsahibələrə cəlb olunurlar.

Ödənişsiz əsaslarla təşkil edilən və 1-6 ay müddətində davam edən peşə hazırlığında iştirak edən işsiz şəxslər minimum aylıq əmək haqqı məbləğində (345 AZN) təqaüd ödənilir.

Layihə ilə bağlı əlavə məlumat öyrənmək istəyən şəxslər 142 – Çağrı Mərkəzi və ya (+994 12) 596 43 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.