Qida rasionumuzun ən vacib elementlərindən biri yoddur.
Onun çatışmazlığı tiroid funksiyasının azalmasına səbəb olur və bu, bütün orqanizmdə nasazlıqlara gətirib çıxarır.
Rusiyalı dietoloq İrina Mansurovan qidalanmanın köməyi ilə bu elementin çatışmazlığını aradan qaldırmağın yollarını açıqlayıb.
Həkim xatırladıb ki, yod olmayanda ürəyin, qan damarlarının, əzələlərin, həzm sisteminin işi pozulur, depressiya yaranır, yaddaş yaxşı işləmir, əmək qabiliyyəti aşağı düşür, psixi xəstəliklərin yaranma riski yaranır.
Onun sözlərinə görə, yodun gündəlik norması 120-150 mikroqramdır.
“İlk növbədə süd və süd məhsulları istehlak etməlisiniz. Bir stəkan süd sizə 60-80 mikroqram yod verəcək. Həmçinin yumurta sarısı, burada 24 mikroqram yod var”, – deyə Mansurova qeyd edib.
Həkim həmçinin dəniz məhsulları – siyənək, qızılbalıq, kalmar, dəniz yosunu və kürü kimi qida məhsullarını sadalayıb. O, vurğulayıb ki, bütün bunlar yodun gündəlik tələbatını qarşılamağa kömək edir.
Mənbə: life.ru