09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Sabirabad rayonunda, “Regional amillərin və mental dəyərlərin məişət zorakılığında rolu” adlı layihə çərçicəsində Sosial İqtisad Kollecində gənclərin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin iYetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nazim Sultanov tədbir iştirakçılarını salamladı. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. N.Sultanov məişət zorakılığı ilə bağlı problemin aktual və bəşəri problem olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Söz Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənova verildi. İctimai Birliyin sədri layihənin icrasında onlara yaxından kömək edən Azərbaycan Respublikası Prezident Admnistrasiyasına, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Sabirabad rayon İcra Hakimiyyətinə, Sabirabad rayon Sosial İqtisad kollecinin rəhbərliyinə təşəkkürünü bildirdi. Q.Həsənov layihə çərçivəsində çəkilmiş “Biganəliyin qurbanları” sənədli filmi haqqında danışarkən bildirdi ki, məişət zorakılığının mənfi və qalıcı fəasadları olur. Bu problemin qarşısının alınmasının hüquqi yolları haqqında tədbir iştirakçılarına məlumat verən sədr, filmin real faktlar əsasında çəkildiyini bildirdi. QHT sədri əlavə olaraq qeyd etdi ki, bu problemdən ən çox əziyyət çəkən zorakılığın baş verdiyi ailələrdə böyüyən uşaqlardır. Q.Həsənov cəmiyyəti bu cür problemin qarşısını almaq üçün dövlətə yardım etməyə çağırdı.
Sonra “Biganəliyin qurbanları” sənədli filmi nümayiş olundu.
Filmə baxışdan sonra söz alan Sabirabad rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Həsən Həsənov filmdə baş verən hadisələrin ona uzun illərdir çalışdığı rayonda şahidi olduğu hadisələri xatırlatdığını qeyd etdi. Əlavə olaraq bildirdi ki, bu kimi problemlərin yaranmasına səbəb əsasən narkotika və alkaqola meyllilikdir.
daha sonra söz Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilovaya verildi. C.Xəlilova məişət zorakılığının cəmiyyət üçün kifayət qədər ciddi problem olduğunu qeyd etdi. Əlavə olaraq bildirdi ki, qeyri-hökumət təşkilatlarının bu cür addımları təqdirə layiqdir.