Bakıda atışma: Dövlət Sirkinin yaxınlığında üç nəfər güllələnib

 

Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir.

Yaralananlardan Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir

15:32 – Şübhəli şəxs saxlanılıb

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanıldı.

15:25 – Yaralananlardan 2-in kimliyi bəlli olub

Araşdırma nəticəsində məlum olub ki, Xəsarət alanlardan —- 21 yaşlı Fəqan Rəhimli və 40 yaşlı Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

15:08 – Yarlananlardan 2-i cavan oğlanlardır

Yaralananlardan 2-i 2025 yaşlarında oğlanlardır. Onların hər 2-i ayağından yaralanıblar.

14:58 – Sirkin qarşısında atışma olub

Paytaxtda atışma baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az məlumat verib.

Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. İlkin məlumata görə, üç nəfər güllələnib.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları cəlb olunublar. Xəbər yenilənəcək.

Video Player