İstedadlılar rubrikamın növbəti qonağı kaman ifası ilə ürəklərə toxunan Zəhra Sadıxovadır

İstedadlılar rubrikamın növbəti qonağı kaman ifası ilə ürəklərə toxunan Zəhra Sadıxovadır

Xoş gördük Zəhra!

Mən də hər kəs kimi istedadlıları və biz istedadlılara dəstək olan hər kəsi, o cümlədən də sizi salamlayıram. Məni də istedadlılar sırasında görüb dəvət etdiyinizə görə minnətdaram.

Özünü Dunyaxeber.org oxucularına təqdim et . Zəhra Sadıxova kimdir?

Sadixova Zəhra Tural qızı. 10 Aprel 2009 -cu ildə Bakı şəhərində anadan olmuşam. 10 yaşımdan musiqi ilə məşğul oluram.

 

Nə zamandan musiqiyə sevgi yaranıb?

Ailəmiz musiqiçi ailəsidir bəlkə ona görə kiçik yaşlarımdan musiqiyə marağım olub . Onu qeyd edim ki , xalq çalğı alətlərinə maraq sırf xalq mahnılarını dinlədikdən sonra yaranmışdır. Çünki Azərbaycan musiqisi həqiqətən çox zəngindir. Məni də o zənginlik cəlb edib.

 

Xalq çalğı alətlərimiz çoxdur ,Zəhra, niyə məhz kamança?

Bunu da vurğulamaq istərdim ki, kamança alətinə məndəki həvəs və maraq dəyərli ustad sənətkarımız Elnur müəllim Əhmədovun ifalarını dinlədikdən sonra yarandı .Qərar verdim ki Mən bu aləti öyrənmək istəyirəm . Və bundan sonra Kamança aləti üzrə professional şəkildə dərs almağa başladım.

Bu il AMK tərkibində respublika İncəsənət gimnaziyasında kamança ixtisası üzrə daxil oldum.

 

Bildiyim qədərilə qardaşın da ifaçıdır.Ailədə başqa musiqiçiniz var?

Bəli Qardaşım Yusif Sadıxov xanəndədir. O da AMK nın tərkibində olan İncəsənət gimnaziyasında xanəndəlik üzrə oxuyur.Ümumilikdə ailəmiz incəsənət ailəsidir desəm yanılmaram.

 

Musiqi seçimində kimdən məsləhət alırsınız?

Musiqi elə bir sahədir ki könülsüz ,ruhsuz ifa etmək mümkün deyil. İfa etdiyim musiqiləri bəzən özüm seçirəm və bəzən də müəllimlərim məsləhət görürlər.

Qeyd etmək istərdim ki, müəllimlərimin mənim üzərimdə əziyyəti böyükdür. Respublika İncəsənət gimnaziyasında Kamança ixtisası üzrə müəlliməm dəyərli pedaqoq Samirə xanım Nəcəfovadır. Müəlliməm mənə hər bir əsəri ən incə xırdalıqlarına qədər öyrədir. Müəllimlərimə böyük minnətdarlığımı bildirirəm.

 

Zəhra ,kaman ifaçısı olmağına maneə olsaydı başqa hansı aləti seçərdin?

Kamança alətinə qarşı məndə o qədər maraq və bağlılıq var ki ,sanki onu ifa edərkən ruhum dincəlir .Və ona görə də mən özümü kamançasız təsəvvür edə bilmirəm.

Düşünürəm ki kamança ifaçısı olmasam başqa alətdə də ifa etməzdim.

 

Düzdür indi kiçiksiniz ,gələcəyə böyük ümidlərlə addımlayırsınız . Bəzən arzular və ya gözləntilər dəyişir. Amma məqsəd mütləq olmalıdır. Zəhranın qarşısına qoyduğu məqsəd nədir?

Düşünürəm ki Kamança aləti üzrə biliklərimi daha da artıracaq,və təhsilimi Milli Konservatoriyada davam etdirəcəyəm.

 

Zəhra ,sənə gələcəkdə uğur və nailiyyətlər arzu edirəm. Səmimi söhbə görə təşəkkür edirəm.

Leyla Mətin Dunyaxeber.org