Mərhum Xalq artisti Ramiz Novruzun dəfnində Xalq artisti Əli Nurun İctimai TV-nin canlı yayımı zamanı Mədəniyyət Nazirliyi və məmurların əleyhinə səsləndirdiyi tənqidlərlə bağlı müzakirə hələ də davam edir. Ötən gün Əli Nur Ramiz Novruzun dəfnində dediklərindən fərqli olaraq, Mədəniyyət Nazirliyinin müsbət işlər gördüyünü bildirib. Xalq artistinin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Dünyaxeber.org xəbər verir ki, Pravda.az-ın əməkdaşı Əli Nurun ünvanına səslənən fikirlərlə bağlı mövqeyini öyrənmək üçün onunla əlaqə yaradıb.
Xalq artisti telefonda danışanın jurnalist olduğunu bilən kimi sualın nə olduğunu dinləmədən uca səslə qışqırıb: “Bəsidirin, məni yığımısınız boğaza. Xahiş edirəm, mənə zəng etməyin”, – deyərək telefonu əməkdaşımızın üzünə bağlayıb.