Əməkdar artist Rəhman Rəhmanovun bir müddət əvvəl ikinci həyat yoldaşı ilə ayrılma xəbəri yalan olub.
Dünyaxeber.org xəbər verir ki, aktyor “Elgizlə izlə” verilişində ayrıldığını və üçüncü dəfə evlənmək istədiyini söyləyib.
Bir müddət sonra isə xanımı Gülbiçə Rəhmanova bunun yalan olduğunu açıqlayıb:
“Rəhman bu verilişə gəlirdi. Ona dedim ki, orada çoxlu evlənmək istəyən var. Sən də çıx, özünü o verilişdə sına. Gör səninlə evlənmək istəyən xanım olacaq? Rəhman da gəldi və belə bir açıqlama verdi. Ondan sonra aləm dəydi bir-birinə. Heç yaxşı olmadı. Biz hər zaman bir yerdə olmuşuq, ömrümüzün sonuna kimi də bir yerdə olacağıq. Bu ay birlikdəliyimizin 29 ili tamam oldu”.
R.Rəhmanov isə “Elgiz (verilişin aparıcısı Elgiz Əkbər – red.) verilişini yekunlaşdıranda ona söylədim ki, bir dəqiqə mənə söz ver, bu məsələnin zarafat olduğunu deyim. Belə bir şeyin olmadığını bildirəcəkdim. O isə söylədi ki, birinci gün verilişə gəlib, bu məsələ ilə bağlı geniş açıqlama verərsən. Elə oldu ki, birinci gün sübh tezdən Türkiyədə zəlzələ oldu və mən efirə çıxa bilmədim” sözlərini əlavə edib. (Axşam.az)