Sabirabad rayonu Axtaçı Muğan kəndində pambıq zavodunda güclü  yanğın iki saatdı davam edir.


Dunyaxeber.org un əldə etdiyi məlumata görə Sabirabad rayonu Axtaçı Muğan kəndində pambıq zavodunda güclü  yanğın başlayıb. Hadisə yerinə FHN , Təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yanğını söndürməyə çalışırlar. Hadisə ilə bağlı araşdırma aparılır. Aldığımız məlumata görə tüstüdən zəhərlənənlər var . Təcili tibbi yardım xidmətinin əməkdaşları kömək göstərib. Yanğın 2-saata yaxındı davam edir.
Dunyaxeber.org