Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs edilib.
44Gun.Az axsam.az-a istinadən xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) “Ümid ilə gəl” verilişində prodüser haqqında daha bir məqamı açıqlayıb. O deyib ki, Təranə həbs olunmazdan əvvəl narkotikdən müalicə olunurmuş.
Azərbaycan Uşaq Birliyinin Sədri Kamalə Ağazadə də xəbəri təsdiqləyərək “Belə bir məlumat bizdə də var” sözlərini söyləyib.
Qeyd edək ki, T.Səmədovanın Suel və Adel adlı iki qız övladı var. Uşaqlar hazırda sığınacaqdadırlar.