Nazir: “Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” – Video

“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox?”

Dünyaxeber.org xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişində idmançıların saqqal saxlaması məsələsinə münasibət bildirərkən deyib.

“Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”, – daha sonra o gülərək əlavə edib.

 

/yeniavaz.com/