Paşinyan Rusiyadan üzülüşmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında xeyli ziddiyyətli açıqlama verdi.

 

 

O, Rusiyanın ünvanına  daha sərt  fikir səsləndirməkdən çəkinmədi. Paşinyan Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur fikrini  ortalığa atmaqla Qərbin yanında olduğuna işarə etdi. Zavallı Paşinyanınbu açqlamaları Rusiyanın qəzəbinə düçar olacağına şübhə doğurmur.

Artıq Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ittihamlar səsləndirib. Zatulin qeyd edib ki, Paşinyan hakimiyyəti manevr edir. Son altı ayda Ermənistan açıq şəkildə müttəfiqlərini dəyişməyə çalışır. Rusiyanı Qərblə əvəzləyir.

Göründüyü kimi, Paşinyan Rusiyadan üzülüşmək istəyir. Əsas məsələ odur ki, üzülüşə biləcəkmi?  Axı Ermənistanı dövlət edən, erməniləri bu regiona köçürən, 30 ildir Qarabağ münaqişəsini yaradıb, idarə edən Rusiya olub. Ona görə, Rusiya onun ipini çətinki buraxsın.

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında digər bir məqam diqqəti çəkdi. Jurnalistin Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi ilə bağlı sualına cavab verən Nikol deyəsən dərk etməyə çalışır ki, Azərbaycanla və Türkiyə ilə normal əməkdaşlıq olmadan Ermənistanın böhrandan çıxması mümkünsüzdür.

Əkrəm Bəydəmirli