Saray qəsəbəsində 17 yaşlı qızı avtomobillə vurub qaçan sürücü tutulub.

Saray qəsəbəsində 17 yaşlı qızı avtomobillə vurub qaçan sürücü tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib, yetkinlik yaşına çatmayan şəxs isə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib. 

Faktla bağlı Qafarxan Qafarov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, qəza Saray qəsəbəsində “Nazim market”in qarşısında baş verib.

https://youtu.be/SEyAy_f5wtY