Azərbaycanda daha bir məktəb direktoru şagirdlərindən rüşvət tələb edib.
“DogruXeber.az” xəbər verir ki, bununla bağlı direktorun sosial şəbəkədə səs yazısı yayılıb.
Belə ki, Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı məktəbin direktoru Vəfa Hüseynova qrupa səs ataraq şagird və valideynlərdən summativ qiymətlərinin yazılması üçün pul tələb edib. O, pulları müəllimlərə toplu şəkildə verməli olduğunu qeyd edib.