Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti tapıldı

Bakıda mənzildən bir ailənin 4 üzvünün meyiti aşkarlanıb. Hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində bir ailənin 4 üzvünün meyiti tapılıb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Trend