Son zamanlar qrip virusu sürətlə yayılıb. Əvvəlki vaxtlardan fərqli olaraq indi qrip narahatlığı uzun çəkir. Müxtəlif üsullardan istifadə edilsə də narahatlıq asanlıqla keçmir.
Fitoterapevt Fizuli Hüseynovun qrip və soyuqdəyməyə qarşı reseptini təqdim edir:
Zəncəfil – 50 qram
Kəklikotu – 100 qram
Cökə – 200 qram
Bir-birinə qarışdırın, qarışıqdan üç xörək qaşığı 6 stəkan suda 15 dəqiqə dəmləyin, sonra süzüb termosa tökün, hər qəbul zamanı dəmləmə içilən vəziyyətə gələndə 1 stəkan dəmləməyə 1 dolu çay qaşığı bal qarışdırıb, tərləyənə qədər çaydan bol-bol için. Hətta tərləsəniz də içməyə dəvam edin, çox az bir zamanda soyuqdəymə bədənimizdən çıxacaqdır. Oynaqlarınızda ağrılar olmayacaq, qripi çox yüngül keçirəcəksiniz və ən əsası qripdən sonra heç bir ağırlaşma olmayacaq. /yeniavaz.com/