Təranə Dəmirin yeni nəşr olunmuş “Səssizliyin melodiyası” şeirlər kitabının təqdimatı keçirilib.

Dunyaxeber.org a verilən məlumata görə 25.12.2022-ci il tarixində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evində istedadlı şair Təranə Dəmirin yeni nəşr olunmuş “Səssizliyin melodiyası” şeirlər kitabının təqdimatı keçirilib. Poeziya Evinin direktoru, şair Ibrahim İlyaslı şəhidlərin ruhu qarşısında sayqı duruşu ilə başlamış tədbiri giriş sözü ilə açaraq yeni nəşr olunmuş kitab haqqında ətraflı məlumat verib.

Tədbirin aparıcısı, Poeziya Evinin təşkilatçısı şair-filoloq Elvin İntiqamoğlu tədbir iştirakçılarını salamlayaraq kitabın işıq üzü görməsi münasibəti ilə təbriklərini bildirib. Sonra o, sözü tədbir iştirakçılarına təqdim edib.

Təqdimatda çıxış edən “Azərbaycan” jurnalının Poeziya şöbəsinin müdiri şair Qəşəm Nəcəfzadə, şair Fəxrəddin Teyyub, AZTV-nin əməkdaşı İlham Zeynallı, Azərbaycan radiosunun şöbə müdiri Dilşad Mirzəyeva, jurnalist Nəzirməmməd Zöhrablı, şair Zöhrab Mehdi, jurnalist Vaqif Nəcəf, şair Xəqani Abbasəli, yazıçı-jurnalist Məhəmməd Nərimanoğlu, şair Kəramət Əmirli, şair Bahar Cavadova, şair Ülviyyə Eyyubova, şair Günel Türksoy, şair Lilpar Cəmşidqızı, şair Vüsal Ağa, qazi-şair Nicat Fərman, şair Aygün Fikrətqızı çıxış edərək Təranə xanımın istedadının spesifik xüsusiyyətlərindən danışıblar, kitabda yer alan şeirlərdən səsləndiriblər.

Oxuculardan qazi İmadəddin Səlimov, Ülviyyə Əbülfətqızı, Şakir Rüstəmov müəllifi təbrik ediblər

Tədbir Təranə Dəmirin “Səssizliyin melodiyası”nı imzalaması ilə başa çatıb.

Dunyaxeber.org