Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil edilən aksiya on dörd gündür davam edir.
Səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Laçın istiqamətinə sərbəst keçib.
Xatırladaq ki, azərbaycanlı fəallar sözügedən ərazidə dekabrın 12-dən Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı aksiya keçirirlər.