Vardanyan Qarabağ ermənilərini təxribata çağırdı

Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan yenə sərsəm açıqlama verib.

Özünün Facebook səhifəsində növbəti açıqlama verən Vardanyan “şadam ki, mənim adım ətrafında belə müzakirə gedir” deyə Azərbaycan tərəfinin onun Qarabağdan çıxıb getmə tələbinə cavab verib.

Vardanyan yenə Qarabağ ermənilər təxribatçı çağırış edib:

“Bütün bunlara son qoymağın vaxtıdır. Artıq yolu açmaq və “Artsax hakimiyyəti” ilə danışıqlar masasına oturmağın zamanıdır”, – o əlavə edib.

Xatırladaq ki, dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Ruben Vardanyanın Qarabağı tərk etməli olduğunu bildirib.   /Modern.az/