Vardanyan müharibəyə səslədi: “Mən döyüşmək üçün gəlmişəm”

Rusiya hərbi kontnigentinin məsuliyyət zonasında qeyri-qanuni fəaliyyət göstərən rejimin “dovlət naziri” Ruban Vardanyan sərsəm müharibə byanatı ilə çıxış edib.

Vardanyan Ağdərədə yerləşən qızıl mədəninə gedərək kollektivlə görüşüb.

Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan Ruben Vardanyan qeyd edib ki, Azərbaycan çox ardıcıldır, addım-addım çaxnaşma yaratmağa çalışır və erməni xalqına getməsi üçün təzyiq göstərir..O da aydındır ki, onların əsas məqsədlərinə çatmaq üçün atılan addımlardan biri də bu zavodun fəaliyyətini dayandırmaqdır, çünki o, insanları gəlir və işlə təmin edir”.

Vardanyan perspektivdə iki ssenari haqqında danışıb. “Bu vəziyyətdə iki ssenari var. “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. İndi ciddi informasiya müharibəsi gedir, bütün dünyanı inandırmaq istəyirlər ki, burada ekoloji problem var, amma reallıq budur ki, bu blokadadır, humanitar böhrandır. Bu müharibədə qalib gəlmək üçün biz birləşməli və müttəfiqlərimizə güclü olduğumuzu hiss etdirmək üçün əlimizdən gələni etməliyik. “Mən zəifəm, balacayam, get mənə kömək et” deyəndə deyil, yalnız hər şeyi özünüz edəndə kömək ümid edə bilərsiniz” -Ruben Vardanyan vurğulayıb.

Vardanyanın iddiasına görə “Azərbaycanın arzusunda olduğu ikinci ssenari bizim buradan getməyimizdir ki, bu da qəbuledilməzdir. Biz buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağlabatan həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “artsaxda” qurmaq üçün gəlmişəm”, – Ruben Vardanyan bildirib.

Mübariz/Turkustan.az