Dunyaxeber.org- a verilən məlumata görə gənc, istedadlı musiqişünas Aygün Bayramlı 6 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında keçirilən “Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı” adlı konfrans-müsabiqədə iştirak edərək “Yeni bir səhərə açılan Şuşa” adlı mövzu ilə 1-ci yerə layiq görülüb.
Aygün xanımın həyat ,fəaliyyəti haqqında qısa məlumatla tanış olun.
Bayramlı Aygün Rauf qızı 1995-ci ildə Beyləqan rayonunda anadan olub.2001- ci ildə Beyləqan rayon A.Namiq adına şəhər 1 saylı orta məktəbin 1ci sinfinə , 2003-cü ildə T.H .Niyazi adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinə qəbul olub. Həmin məktəbləri 2009-cu ildə bitirərək 2010- cu ildə Asəf Zeynallı adına musiqi texnikumuna daxil olub.2014 cü ildən bu günə kimi texnikumu bitirərək Kürdəmir Regional Mədəniyyət idarəsi Beyləqan rayon T.H.Niyazi adına Uşaq Musiqi məktəbinin fortepiano şöbəsində müəllim işləyir.2019cu ildə Azərbaycan Milli Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin Musiqişünaslıq ixtisasına qəbul olub,hal-hazırda qiyabi təhsil alır.
2016-cı ildən Azərbaycan Müəlliflər İctimai Birliyi tərəfindən Müəllif adına layiq görülüb.
2021ci ildə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində, keçirilən “Dünya xalqlarının musiqisi fortepiano üçün” adlı V Beynəlxalq festival müsabiqəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi kimi uğurla çıxış edərək 2ci laureat adına layiq görülüb.
2022-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mərəniyyət İdarəsinin dəstəyi ilə Şuşa İlinə həsr olunmuş “Yeni bir səhər ” adlı kitabı nəşr olunub.
Dunyaxeber.org saytı adından Aygün xanımı təbrik edir ,yaradıcı fəaliyyətində yeni nailiyyətlər diləyirik.
Dunyaxeber.org Leyla Mətin