Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası !
“Dövlət Satınalma Portalı”nda tez-tez rast gəlinən tibb müəssisəsi. Özü də əksər müqavilələri də “qara nida”sı ilə diqqət çəkir. Heç göndərilən sorğulara da cavab vermirlər.
Bilmək olmur verəcək cavab tapmırlar, yoxsa “day-dayı”ya arxayın olub, çox rahatlıqla “xımır-xımır dövlətin büdcəsini yeyirlər”?!
Bir də bu müəssisənin adı sosial medialarda və sosial şəbəkələrdə şikayət hədəfi olaraq, tanınır.
Hələ bir il bundan əvvələ qədər Bütün Mingəçevir sakinləri keçmiş baş həkim Könül Ələkbərovdan gileylənirdilər. Könül Ələkbərov sözün əsl mənasında kimsəni saymırdı. “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə idarə edirdi xəstəxananı.
Yerli sakinlərin sözlərinə görə mərkəzi xəstəxanada yalnız Könül Ələkbərovun “qanunları” işləyirdi.
Odur ki, Könül Ələkbərov işdən çıxarıldığında bütün Mingəçevir sakinləri sevinmişdi, onun yerinə Ülfət Qurbanov təyin edildiyində isə xəstəxanadakı özbaşınalıqların aradan qaldırılacağı ümidi sakinləri biraz rahatlatmışdı.
Lakin, tez-tez bağlanan şübhəli müqavilələri, ardı-arası kəsilməyən vətəndaş narazılıqları belə düşünməyə əsas verir ki, deyəsən dəyişən sadəcə baş həkimdir. Köhnə “qaydalar” isə sözügedən xəstəxananın idarəçiliyində olduğu kimi qalmaqdadır.
Sakinlər həkim hegemonluğununun əvvəllər də olduğunu deyirdilər, “DogruXeber.az”a müraciət edən, “Kanal14″ün efirində “Kamalın zamanı” proqramı ilə əlaqə yaradıb, efirdə başına gələnləri – daha doğrusu həyat yoldaşının başına gətirildiyini danışan Pənah Xəlilov “indi də var” deyir.
Pənah Xəlilov iddia edir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının USM həkimi Arzu xanım onun həyat yoldaşını “Az sənə demədim sənə baxmıram, cəhənnəm ol” deyə, təhqir edib və xəstəxanadan qovub.
P.S: Pənah Xəlilovun iddiaları ilə bağlı Arzu həkimin də fikirlərini öyrənmək üçün Mingəçevir şəhər Xəstəxanasının şəxsi internet səhifəsində qeyd edilən telefon nömrəsi ilə əlaqə saxladıq.
Lakin, dəfələrlə zəng etməyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı.
Qarşı tərəfin də yuxarıda qeyd olunan iddialarla bağlı fikirlərini dinləməyə hazırıq.
DogruXeber.az