BŞ-ın Qida və Dərman İdarəsi (FDA) “Hemofiliya B” xəstəliyinin müalicəsi üçün bir dozası 3,5 milyon dollara başa gələn dünyanın ən bahalı dərmanını təsdiqləyib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, “CSL Behrige” əczaçılıq şirkəti FDA-nın təsdiqindən sonra 3,5 milyon dollarlıq qiyməti açıqlayıb. Bu açıqlamadan sonra “Hemgenix” adlı dərman dünyada ən bahalı dərman olub.
Qeyd olunur ki, bu dərman “Hemofiliya B” xəstəliyində venadaxili inyeksiya müalicəsidir və qanın durulaşmasının qarşısını alır.