Məktəblə bağlı inanılmaz qadağalar…

Son vaxtlar ölkəmizdə məktəblərdə tətbiq edilən qadağa və qaydalar gündəmdədir. Bəs xarici ölkələrdəki məktəblərdə hansı diqqət çəkən qadağalar var?

Axar.az xəbər verir ki, Almaniyadakı 170 orta təhsil müəssisəsində şagirdləri izləmək üçün xüsusi cihazlardan istifadə olunur.

Bu cihaz vaistəsi ilə şagirdlərin məktəbdə hansı yeməyi yediyini, yeməkxanadan nə aldığını və harada olduğunu izləmək mümkün olur. Cihaz məktəbli formalarının ətəklərinə taxılır. Tətbiqdən əsasən məktəb rəhbərliyi və valideynlər istifadə edir.

İngiltərə məktəblərində şagirdlərin yaxın dost olması qadağandır. Ekspertlər digər şagirdlərin belə dostluqlardan əziyyət çəkdiklərini, özlərinə qapandıqlarını bildirirlər. Onların dediyinə görə, bu qadağa uşaqların bir-biri ilə daha çox ünsiyyət qurmalarına və tez sosiallaşmalarına səbəb olur.

İngiltərədə həmçinin müəllimlərə tətbiq olunan qadağalar da mövcuddur. Məsələn, onların imtahan vərəqlərini yoxlayarkən qırmızı qələmdən istifadə etməsinə icazə verilmir. Yazıdakı bu rəngin şagirdlərə həddindən artıq mənfi təsir göstərdiyini və onlarda inamsızlıq formalaşdırdığını iddia edirlər. Buna görə də İngiltərə məktəblərində müəllimlər yaşıl mürəkkəbli qələmlərdən istifadə edirlər.

Amerikanın Miçiqan əyalətində şagirdlərin məktəbə çanta ilə daxil olması qadağandır. Ekspertlər məktəb ləvazimatları ilə doldurulmuş çantaların uşaqların sağlamlığı üçün zərərli olduğunu bildirirlər. Şagirdlərin kitab və dəftərləri sinifdəki rəflərdə saxlanılır. Onlar məktəbə gələndə kitabları götürüb istifadə edir, evə getdikdə isə yerinə qoyurlar.

Amerikanın bəzi yerlərində qışda məktəbə çəkmə ilə gəlmək olmaz. Məktəb rəhbərliyi hesab edir ki, şagirdlər qadağan olunmuş əşyaları bu çəkmələrin içində gizləyərək məktəbə gətirə bilərlər.