Masallı  rayonunda “Müzəffər ordunun qalib igidləri” kitabının  təqdimatı keçirildi

Noyabr ayının 12-də Masallı rayonunun “Gənclər Mərkəzi” ndə  “ Jurnalistlər Ekstremal Şəraitdə” ictimai birliyinin sədri, yazıçı-jurnalist Firuzə Bəyməmməd qızı Əsədullayevanın Azərbaycan Respublikasının

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maddi dəstəyi ilə yazılmış,  “Müzəffər ordunun qalib igidləri” kitabının təqdimatı keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, və dəvət olunmuş qonaqalar iştirak ediridilər.

Layihənin rəhbəri, və kitabın müəllifi Firuzə Əsədullayeva layihə haqqında məlumat verdi. O, layihə çərçivəsində nəşr edilmiş “Müzəffər ordunun qalib igidləri” kitabını noyabr ayının 5-də Bakıda ictimaiyyətə təqdim edildiyini bildirdi. Önun sözlərinə görə layihənin həyata keçirilməsində məqsəd  Vətən müharibəsinin qəhrəmanlarını yazılacaq kitabla daha geniş miqyasda təbliğ etmək, cəmiyyəti maarifləndirmək və onların hər birinin haqqında ətraflı informasiyanı gələcək nəsillərə çatdırmaqdır.

Kitab 2020-ci il  sentyabr ayının  27 dən başlayaraq, noyabr ayının 8-də  Zəfərlə başa atan 44-günlük müharibə müddətində 30 il  düşmən tapdağı altında olan Vətən torpaqlarına al qanlarını axıda – axıda şirin canlarından keçən, son nəfəslərində “Təki Vətən sağ olsun” – deyən Qazax, Masallı rayonları və Bakı şəhərindən olan 50 nəfər igid oğullarımızın həyat hekayəsidir”.

Firuzə xanım onu da qeyd etdi ki, layihə 6 ay  (01.02.2022- 01.08.2022)  ərzində həyata keçirilməli idi. Amma müəyyən səbəblər üzündən kitab indi təqdim olunur. Masallı rayonunda  kecirilən təqdimatdan sonra “Müzəffər ordunun qalib igidləri” kitabı Qazax rayonunda ictimaiyyətə təqdim olunacaq.

“Müzəffər ordunun qalib igidləri” kitabının redaktoru yazıçı-ssnarist Elxan Xanalizadədir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi və kollektivinə göstərdikləri həm maliyyə, həm də mənəvi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.

Tədbirdə iştirak edən qonaqlar, müəllimlər, Kollecin tələbələri, şəhid ailələri kitabla bağlı ürək sözlərini söylədilər.

Bütün iştirakçılar qəhrəman şəhid oğullarımız haqqında belə kitabların yazılışının günün aktual məsələsi  olduğunu bildirərək, kitabın müəllifinə təşəkkürlərini bildirdilər və ondan şəhidlərlə bağlı yeni  kitabların ərsəyə gətirməsini arzuladılar.