“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Sənaye və Texnologiyalar kollecində “Qadına qarşı zorakılığın aradan qaldırılması mövzusunda tədbir keçirdi
Oktyabrın 26-da Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi həyata keçirdiyi “Qadına qarşı zorakılığın aradan qaldırılması istiqamətində tədbirlərin təşkili “ layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiyalar kollecində tədbir keçirdi.
Qadın və Uşaqların Innovativ Maarifləndirməsinə Dəstək “İctimai Birliyin Sədri, layihənin rəhbəri Aynur Zülfüqarova layihənin məqsədi və məramı ilə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Bildirdi ki, şiddət və zorakılıq halları günümüzün aktual mövzularından biridir. Bu layihəyə maliyyə dəstəyi verdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Sonra sözü layihənin eksperti Könül Məmmədovaya verdi.
ailədə və cəmiyyətdə baş verən zorakılıq hallarını, şiddət göstərilməsinin baş vermə səbəbləri, onlardan yaranan nəticələr, şiddət hallarının qarşısının alınması ilə bağlı görüləcək işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırdı. Tələbələrin bu mövzuda suallarını cavablandırdı.
Tədbirdə Kollecin direktoru Faiq Şahbazlı, Pedaqoji Universitetinin dosenti Mələk Zamanova, “Ailə Qadın Komitəsi” Yanında İctimai şuranın sədr müavini Rahilə Mehdiyeva, kollecin Tədris İşləri üzrə direktor müavini Abdurrahimova Könül, Tərbiyə işləri üzrə direktor müavini İsmayılova Pərvanə, laboratoriya müdiri İsmayılova Mehriban, İKT mütəxəssisi Nigar Zamanova İştirak etdilər.
Qeyd edək ki, 2 ay müddətində (01.09.2022-01.11.2022 ) icra olunacaq layihə çərçivəsində müxtəlif təhsil müəssisələrini təmsil edən 30 nəfərin təlimlərə cəlb olunması, həmin 30 nəfərə seminarların keçirilməsi nəzərdə tutulur.