Bənövşə otu tənəffüs yollarının bir çox xəstəliklərində effektiv müalicəvi təsir göstərən yığıntıların tərkibində mühüm bir komponent kim istifadə olunur. Bunun üçün aşağıdakı yığıntıları daha çox tətbiq edirlər:
Adi dəvədabanı yarpaqları – 20 hissə
Iri bağayarpağının yarpaqları – 30 hissə
Şirin biyanın kökü – 30 hissə
Üçrəng bənövşə otu – 20 hissə
1-2 xörək qaşığı yığıntını emallı qaba yerləşdırıb üzərinə 1 stəkan ( 200ml) qaynar su əlavə edib, qaynar su hamamında 15 dəqiqə qızdırıb, qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmini 200 ml-ə çatdırırlar, öskürəkdə, xroniki və kəskin bronxitlərdə gündə 3 dəfə, hər dəfə yeməkdən əvvəl 1/3-1/4 stəkan qəbul edilir.
Bataqlıq ladankolu otu – 10 hissə
Adi dəvədabanı yarpaqları – 10 hissə
Üçrəng bənövşə otu – 10 hissə
İri bağayarpağının yarpaqları – 10 hissə
Aptek çobanyastığının çiçəkləri – 10 hissə
Bahar novruzçiçəyinin yarpaqları – 10 hissə
Adi cirənin meyvəsi – 10 hissə
Dərman gülxətminin kökləri – 20 hissə
Şirin biyanın kökləri – 10 hissə
Əvvəlki yığıntıdakı göstərilən qayda üzrə dəmləməni hazırlayıb quru bronxitdə gündə 3 dəfə hər dəfə yeməkdən sonra 1/ 3 stəkan qəbul edirlər