” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda “Dünyamızı Qaraltmayın” adlı tədbir keçirdi

Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Samux rayonunda 2022 – ci il oktyabr ayının 25 -də ” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə qalibi olduqlqrı “Dünyamızı Qaraltmayın!” Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili.adlı lahiyə ilə bağlı təlim Samux rayon Sərkar kənd Tam Orta məktəbinin akt zalında 60 nəfər müəllim və valideynlərin iştirakı ilə keçirildi.Tədbir başlamazdan əvvəl iştirakçılara layihənin mahiyyəti ,məqsəd məramı ilə bağlı hazırlanmış buklet paylandı .
Maarifləndirici görüşdə “El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədri , layihənin rəhbəri Sara Məmmədova , İçtimai Birliyin sədr müavini ,layihə rəhbərinin köməkçisi Elxan Babayev ,İçtimai Birliyin Gəncə Gəncəbasar üzrə qadın komitəsinin sədri , ” Şəhid analar” qrupunun rəhbəri ,Gəncə şəhər 13 nömrəli körpələr evi -uşaq bağçasının müdiri Pərvanə İmamquliyeva , layihənin eksperti Taleh Əliyev ,Samux rayon Təhsil Sektorunun metodisti Sabitə Nəsibova və Samux rayon Sərkar kənd tam orta məktəbin direktoru Afaq xanım iştirak edirdilər . Təlimə başlamazdan əvvəl Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin unudulmaz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi Səhidlərin ruhuna rəhmət ,qazilərimizə ,yaralılarımıza Hamısıahdan can sağlığı söylənildi. Sonra Dövlət Himni səsləndirildi .”El Gücü” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova
Tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda və qalibi olduqları,
” Dünyamızı Qaraltmayın” Qızların təhsildən yayındırılması hallarına qarşı maarifləndirici görüşlərin təşkili adlı layihənin məqsədi ilə bağlı məlumat verdi .
Sonra keçiriləcək layihənin mahiyyəti məqsəd – məramı haqda daha geniş məlumat vermək üçün söz layihənin eksperti Taleh Əliyevə verildi.
Taleh Əliyev layihənin incəlikləri ,mahiyyəti ,faydası, məqsədi ilə bağlı iştirakçılara geniş ətraflı məlumat verdi.
Sonra layihə ətrafında öz fikirlərini bildirmək üçün cöz “El Gücü” BHA İB -nin Gəncə Gəncəbasar üzrə “Qadın komitəsinin sədri Pərvanə İmanquliyevaya, Təhsil Sektorunun metodisti Sabitə Nəsibovaya verildi .Çıxış edənlər Layihənin əhəmiyyəti haqda maraqlı söhbətlər etdilər.Söz Sərkar kənd Tam Orta məktəbin direktoru Afaq xanıma verildi. O,qonaqları salamladı, görüşün əhəmiyyətindən danışdı. Maarifləndirici görüşdə iştirak edən müəllimlər layihə ətrafında öz fikirlərini bildirdilər və bir çox əhəmiyyətli təkliflər irəli sürdülər .
Sonda layihənin rəhbəri Sara Məmmədova layihənin yüksək səviyyədə,səmərəli keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasnın Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbəri Aygün xanım Əliyeva başda olmaqla Agentliyin bütün əməkdaşlarına , Samux rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev başda olmaqla İcra hakimiyyətinin bütün əməkdaşlarına , Gəncə- Daşkəsən Regionu üzrə Təhsil idarəsinin müdiri Anar Qədiməliyev başda olmaqla təhsilin bütün əməkdaşlarına ,Samux rayon Sərkar kənd Tam Orta məktəbin direktoru Afaq xanım başda olmaqla Məktəbin bütün əməkdaşlarına , Tədbir iştirakçılarına.təşəkkür və minnətdarlığını bildirdi .Samux rayonunda icra olunan layihə yüksək səviyyədə müvəffəqiyyətlə başa çatdı.

Xeberdar.net
" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda "Dünyamızı Qaraltmayın" adlı tədbir keçirdi
" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda "Dünyamızı Qaraltmayın" adlı tədbir keçirdi
" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda "Dünyamızı Qaraltmayın" adlı tədbir keçirdi
" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda "Dünyamızı Qaraltmayın" adlı tədbir keçirdi
" El Gücü " Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyi Samuxda "Dünyamızı Qaraltmayın" adlı tədbir keçirdi