Məqsədimiz Azərbaycanlıların əbədi birliyini təmin etməkdir

Düşünün. Bu bayrağın daim uca qalması, daim dalğalanması üçün neçə igidimiz öz canını, öz qanını verdi. Hal hazırda biz rahat, terrordan, silah səsindən uzaq yaşayırıq. Doğrudurmu? Bunun səbəbi həmin igidlərdir. Ayağımızı basdığımız hər qarış torpaq həmin igidlərin qanı ilə yuyulub. Biz də onları unutmamalıyıq! Həmin şəhidləri, qaziləri və veteranları tanıtmalıyıq, tanıtdırmalıyıq. Onların övladlarının qardaşı olmalıyıq, daim onların yanında olmalıyıq. Çünki, bizi azərbaycanlı edən də budur. Bizim milli, mənəvi dəyərlərimiz, beşikdən qəbirədək damarımızda axan Vətən eşqi və həmin Vətəni ana ilə bir tutmağımızdır – bizi azərbaycanlı edən. Sırf bunun üçün biz Əbədi Birlik Gənclər İctimai Birliyini təsis etdik. Təsis olunduğumuz gündən bugünədək vətənpərvərliyin təbliği ilə bağlı bir çox layihələrə imza atmış, şəhid övladları və qazilərlə görüşlər keçirilmiş, Şuşa ilinə, Gəncə terroruna həsr olunmuş tədbirlər keçirilmişdir. Azərbaycan-Türkiyə qardaşlıq-dostluq əlaqələrini özündə təcəssüm edən “Azərbaycan-Türkiyə! Qardaşıq, canıq, birik!” mövzusunda Azərbaycan və Türkiyə deputatlarının iştirakı ilə görüş keçirdik. Cənubi Azərbaycan, Qərbi Azərbaycan mövzusunda “Turan ellər var olsun!” , “Sən İrəvansan! Hər bir azərbaycanlının şah damarısan!” adlı layihələr planı təqdim olunmuşdur. Daim inkişaf etmək, vətənpərvərliyi təbliğ etmək üçün daha böyük kütləyə yayılmaq, dövlət və dövlətçilik üçün çalışmaq üçün addımlayırıq. Hal hazırda Bakıdan başqa Gəncə şəhəri, Qazax, Göygöl, Tovuz, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Gədəbəy, Şəmkir və Giranboy rayonlarında nümayəndəliklərimiz var. Məqsədimiz Azərbaycanlıların əbədi birliyini təmin etməkdir. Və bunu bilin nə qədər ki, vətənpərvər, savadlı Azərbaycan gəncliyi var Azərbaycan da öz sözünü dünyada daim deyəcək və daim inkişaf edəcək!
Mən fəxr edirəm ki, azərbaycanlıyam və azərbaycanlı olaraq anadan olmuşam!
Hamısıahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza can sağ

sağlığı arzu edirəm. Birliyimiz əbədi olsun!

Şahin Əliyev,
Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal

 

l