Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını “çeynəyir”.
Bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri kimi fəaliyyət göstərir.
Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.
16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.
Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.
Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.
Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.
Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.
Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…