“Cəmiyyətin Davamlı İnkişafına Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin İcma Ziyalıları vasitəsilə Açıq Hökumətin Təşviqi üzrə maarifləndirilməsi” layihəsinin sonuncu təlimini başa vurmuşdur.
Qusar rayonu Piral icma ziyalıları ilə təlim keçirilmişdir. Təlimdə 23 nəfər iştirak edirdi.Təlimə başlamamışdan öncə Vətən Müharibəsi Şəhidləri 1 dəqiqəlik sükutla yad edilmişdir. Layihənin rəhbəri Donor və layihənin məqsədi barədə geniş çıxış edərək Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb.
Portalda hal-hazırda 500 dən çox müxtəlif xidmət növləri vətəndaşların istifadəsinə verilmisindən və bu xidmətlər müxtəlif dövlət və hökumət qurumları tərfindən təqdim edildiyini bildirdi. Belə ki, Vergilər Nazirliyi 65,Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi 39,Əmlak Məsələləri Dövlət Komitəsi 35, Səhiyyə Nazirliyi 31,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27,Ədliyyə Nazirliyi 26, Kənd Təsərrufatı Nazirliyi 22, Dövlət İmtahan Mərkəzi 21 xidmət növü ilə portalda vətəndaşlara xidmət göstərilməsindən və bundan əlavə vətəndaşlar portalda Mənzil İnşaatı Dövlət Agentliyi, Əmanətlərin Sığortalanması Fondu, Mədəniyyət Nazirliyi, Turzim Agentliyi, Icbari Tibb Sığorta, AQTA,Dövlət Miqrasiya Xidməti, Əqli Mülkiyyət Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Azərsu”ASC,Azərişıq ASC və digər qurumların xidmətlərindən istifadə etdiyi haqqında geniş məlumat verdi.. Bundan əlavə vətəndaşlar bir sıra dövlət ödənişlərini də portal vasitəsilə həyata keçirilməsindən danışdı. Portalda olan xidmətlərin sayı da mütəmadi olaraq günü-gündən artırıldığını bildirdi.
Sonra söz təlimçi Nizami Musayevə verildi.Təlimçi Eletron hökumət Portalının sosial iqtisadi əhəmiyyəti və həmin Portalda qeydiyyatdan keçmə üzrə fəaliyyətləri elektron qaydada iştirakçılara izah etdi. İştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırıldı. Təlimdə icma ziyalıları yerlərdə layihənin könüllü olaraq davam etdirəcəklərini bildirdilər. Sonda təlim iştirakçılar tərəfindən qiymətləndirildi. İştirakçılar təlimdən məmnunluqlarını bildirdilər.