Tədbirdə şəhid ailələri , müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan ” Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri şəhid anası Ceyran Həsənova gələn qonaqları salamlayaraq, tədbirə başlamızdan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Ceyran xanım sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin “Şəhid Ailələri və Qazilərin hüquqi təminatı” layihəsi çərçivəsində maarifləndirmə tədbirinin keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etdi ki , bu gün də ölkənin həssas quruparı olan şəhid ailələri və müharibə iştirakçılarımızın hüquqlarının müdafiəsi üçün hüquqi təminatın olması zəruri prosesdir.
Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım İmanova çıxışında Abşeron rayonunda Şəhid ailələri və müharibə iştirakçılarına həssas yanaşıldığını , onlarla tez – tez görüşüb qayğı və problemlərinin tez bir zamanda həllinə nail olmaq üçün səy göstərdiklərini vurğuladı.
Layihənin eksperti, hüquqşünası, Qarabağ müharibə iştirakçısı Vüqar Dadaşov qanunvericilikdə həssas qruplarla bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu vurğuladı və əlavə etdi ki bu fikir ölkə başçısı İlham Əliyevin şəhid ailələri və müharibə iştirakçılarına xüsusi qayğı və diqqətin olmasından irəli gəlir.
Daha sonra illərlə yuxarıda adları qeyd olunan həssas qrupların yanında olub onlara mənəvi dəstəyini əsirgəməyən , şəhidlərini tanıtımı məqsədilə onlarla sənədli filmlər müəllifi Gün Tv – nin təsisçi və direktoru Mehriban Sadıqova çıxış edərək birinci və ikinci Qarabağ müharibəsi anlayışının səhv olduğunu və Qarabağ müharibəsi başlandıqdan bu günədək Şəhidlərimizin olduğunu qeyd etdi və bu ifadənin yalnış olduğunu bildirdi. Xanım jurnalist daha sonra Şəhidlərimizin adlarınının əbədiləşdirilməsi ilə bağlı danışaraq qeyd etdi ki, Şəhidlərimizin adına küçə və məktəblərin vetilməsi təkcə onların doğulub yaşadığı ərazi ilə məhdudlaşmamalı , bütün ölkə daxilini əhatə etməlidir.
Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Taleh Əliyev çıxış edərək, şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğının artmasını işğaldan azad olunan ərazilərimizə qayıdışdan sonra daha da möhkəmləndiriləcəyindən danışdı.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı
Əslən Füzuli rayonundan olan Şəhid Əlizadə Qurbaninin anası Gülarə xanım, şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, Şəhid İlqar Bürcəliyevin anası Elnurə xanım, Qarabağ veteranı Qeyrətdənov Baba , Şəhid Arif Hamısıahverdiyevin bacısı Sevinc Hamısıahverdiyeva, Şəhid İsmayıl Qasımovun anası Mahirə xanım, şəhid Cavadov Anarın bacısı Aynura xanım , Şəhid Əsəd Həsənovun anası Məleykə Əsədova müzakirələrə qoşularaq, hüquqi və psixoloji təminatlarla bağlı belə müzakirələrin tez – tez keçirilməsinin vacibləyindən
danışdılar.
Rəsmi hissədən sonra müzakirələr çay süfrəsi arxasında da davam etdirildi.