Anar Çingiz oğlu Qarayev II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb

Şəhid Anar Çingiz oğlu Qarayev 9 oktyabr 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalıb.O,ölümündən sonra “Vətən müharibəsi iştirakçısı” medalı ilə,”Ağdamın azad olunmasına görə” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə, “Vətən uğrunda” medalı ilə təltif olunub.
Bu gün Şəhid Anaları ilə birlikdə Şəhidimiz Anar Çingiz oğlu Qarayevin ikinci ildönümündə iştirak etdik.
Hamısıah rəhmət eləsin.Məkanı cənnət olsun Şəhidimizin.Amin.
Solmaz Qax: Şəhid Anar Çingiz oğlu Qarayev 16 iyun 1998-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub.Anar Qarayev Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının tələbəsi idi.Şəhid Anar Qarayev dərslərinə diqqətlə yanaşması ilə yanaşı tətil günlərində günəmuzd iş tapıb işləyirdi.O,hətta Universitetin Zaqatala Filialından Bakıya transfer olunanda belə valideynlərinin köməyindən istifadə etməmişdi.Bakıda qardaşı Hamısıahverdi ilə birgə kirayədə qalaraq,tətil günlərində iş tapıb işləyirdi.Şəhid Qarayev Anar Çingiz oğlu bir neçə dil bilirdi..Öyrənməyə heç zaman tənbəllik etməzdi.Azərbaycana yay aylarında gələn turistlərlə ünsiyyət yaradaraq,onları vətənimizin gəzməli yerləri ilə tanış edərdi.Anarın Şəhid olduğu gün diplomunun hazır olduğu xəbəri gəldi.Universitet müəllimləri və tələbə yoldaşları onun diplomunu məzarına gətirdilər.Anara dərs verən müəllimlər, tələbə yoldaşları göz yaşlarına boğularaq onun mehribanlığından,fəallığından və həvəslə oxumağından ürək yanğısı ilə danışdılar.

“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Ədhəm qızı Əfəndiyeva,Solmaz Elqızı.