Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Elektron hökumət portalından istifadə qaydaları haqqında təlim keçirildi
“Gənclərin icma ziyalıları vasitəsilə “Açıq Hökumətin Təşviqi“ üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində 29 sentyabr 2022-ci il tarixdə Quba rayonunun Püstəqasım kəndində “Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib. Təlimdə 21 nəfər iştirak edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihədə əsas məqsəd-müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmədə, xidmət sferasında, özəl sektorda şəffaflığın təmin olunmasına maarifləndirmə yolu ilə dəstək verilməsidir.
Layihə koordinatoru Fərrux Əsgərov çıxış edərək layihənin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirildiyini diqqətə çatdırdı və layihənin məğzi barədə icma ziyalılarından ibarət olan 20 nəfər təlimçini məlumatlandırdı.Dövlət orqanları ilə əlaqələrin sadələşdirilməsi, münasibətlərin inkişafı ,ictimai qərarların qəbulunda vətəndaşların rolunun artırılması və.s istiqamətdə Elektron Hökumət Portalından istifadənin vacibliyindən söz açdı.O, qeyd etdi ki, “Elektron Hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət orqanları tərəfindən Azəbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətədaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Təlimçi Nizami Musayev Elektron Hökumət Portalına giriş, ondan istifadə qaydaları haqqında məlumatları slayd vasitəsilə təlim iştirakçılarına əyani olaraq nümayiş etdirdi. O, layihənin yaradılmasının,dövlət qulluqçuları ilə vətəndaşlar arasında “məsafənin” və bəzi bürokratik əngəllərin aradan qaldırılması, vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması,vətəndaş məmnunluğunun yüksəldilməsi və.s kimi məqsədlərə xidmət etdiyini qeyd etdi. Müasir informasiya texnologiyalarından istifadənin dövlət və hökumət orqanlarının işinin təkmilləşdirilməsi yönündəki vacibliyindən danışdı. İstifadəçilərə təqdim olunan məlumatların-tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin, əlçatan və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması istiqamətində Elektron Hökumət Portalının yaradılmasının mütərəqqi bir addım olduğundan bəhs etdi. Daha sonra təlim iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırdı.İcma ziyalıları layihənin davamlığını yerlərdə könüllü olaraq davam etdirəcəklərini bildirdilər. Elektron Hökumət Portalı haqqında anlayışa yiyələnən təlim iştirakçıları razılıq ifadə etdilər və belə tədbirlərin vaxtaşırı keçirilməsinin zəruriliyini diqqətə çatdırdılar.