Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi” adlı layihə həyata keçirir. Layihənin icrasının başlanması ilə bağlı birliyin nöbədən kənar İdarə Heyətinin iclası keçirilib. İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatlarının təmsilçiləri, fəxri üzvləri iştirak ediblər. İclası giriş sözü ilə acan İdarə heyətin üzvü G.İskəndərova gündəlikdə duran məsələləri tədbir iştirakcıların nəzərinə catdırıb və sözü layihənin rəhbəri M.Əliyevə verib. M.Əliyev bildirib ki, Layihənin 3 ay müddətində, bir necə mərhələdə icra olunması nəzədə tutulur . Layihənin 1-ci mərhələsində gənclərin Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması məsələsinə önəm veriləcək. Layihə cərcivəsində rəngli bukletlər Bakı şəhərində və ətraf rayonlarda birliyin regional şöbələrinin əməkdaşları, layihədə iştirak edən könüllülər tərəfindən ümüm təhsil məktəblərində, idman cəmiyyətlərində və ictimai yerlərdə paylanılacaq. Eyni zamanda layihə çərçivəsində sosioloji sorğular da keciriləcək. 3 ay müdətində layihə cərcivəsində bu sahə üzrə təcrübəli könüllü ekspert və təlimcilər tərəflindən semnarlar həyata keçiriləcək. Semnarlar zamanı yeniyetmə və gənclərdə fiziki, psixoloji, idioloji hazırlıq işlərinin aparılması və s. məsələlərlə bağlı məlumatlar veriləcək və interaktiv müzakirələlər aparılacaq. Semnarlar zamanı yeniyetmə və gəncləri fikirləri dinləniləcək, təkliflər nəzərə alınıb ümumləşdiriləcək. KİV iş şöbəsi