Birinci Vitse Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti,i Mehriban Xanım Əliyevayai Müraciət

Azərbaycan Respublikasının  Prezidenti, Birinci Vitse Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini,UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevaya

Müraciət.

Hörmətli, Mehriban Xanım.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti kimi Sizin dövlətimiz və xalqımız üçün göstərdiyiniz dəyərli fəaliyyətiniz bir azərbaycanlı olaraq hər birimizi çox sevindirir.Sizin göstərişinizlə inşa olunan və hər cür şəraitə malik olan uşaq bağçaları, modul tipli məktəblər və səhiyyə ocaqları hər bir azərbaycanlı ailəsinə,hər bir azərbaycanlı övladına,o cümlədən Şəhid övladlarına,yaralı hərbçilərimizin övladlarına yüksək səviyyədə xidmət göstərir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin göstərişi ilə, Müzəffər Ordumuzun rəşadəti və xalqımızın öz rəhbəri ətrafında dəmir yumruq kimi sıx birləşməsi sayəsində Ermənistan dövləti tərəfindən 30 il ərzində işğal olunmuş əzəli və əbədi yurd yerlərimizin azad edilməsi uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayıb 8 noyabr 2020-ci il tarixində, 44 gün ərzində yekunlaşan Vətən Müharibəsində bir-birindən İgid və Vətənpərvər Şəhidlərimizin canı və qanı bahasına Böyük Zəfər qazanmağa nail olduq.Əldə olunan bu Böyük Zəfər münasibətilə Sizi təbrik edirik.Bu haqq mübaribəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Bütün Şəhidlərimizə Hamısıahdan rəhmət, yaralı hərbçilərimizə isə Hamısıahdan şəfa diləyirik.
Vətən Müharibəsində Ən uca məqam olan Şəhidlik zirvəsinə ucalanlardan biri 24 noyabr 1993-cü ildə Qax şəhərində doğulub boya-başa çatmış XTQ Baş Leytenantı, Şuşa Fatehi, Şəhid Asəf Abid oğlu Ağayevdir. Şəhid Asəf Ağayev erməni işğalı altında inləyən torpaqlarımızın və əsasən də Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında böyük fədakarlıq nümunəsi göstərib.
O Asəf Abid oğlu Ağayev ki, dişi, dırnağı ilə düşmən işğalından azad etdikləri Şuşa şəhərindəki Gövhər Ağa Məscidində, Şuşa şəhərinin demək olar ki, bütün küçələrində onun və döyüş dostlarının mübarək ayaq izləri və silinməz ləpiri var.
Hörmətli, Mehriban Xanım, Sizə bu müraciəti ünvanlamaqda bir məqsədimiz var.XTQ Baş Leytenantı,Şuşa Fatehi, Şəhid Asəf Abid oğlu Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən verilən bütün medallarla və bir ordenlə təltif olunub.Bu təltiflərə görə Şəhid Asəf Abid oğlu Ağayevin Valideynləri adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.
Hörmətli, Mehriban Xanım, Şəhidimiz Asəf Ağayevin atası Abid Ağayev yataq xəstəsidir.Oğlu Asəfin yoxluğuna xəstə ata heç cür dözə bilmir.Bu hissləri sözlə ifadə etmək qeyri-mümkün və olduqca çətindir.Yeganə arzusu var oğul həsrəti ilə yaşayan xəstə atanın.İgid Şəhidimiz Asəf Ağayevin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi xəstə,binəva atanın ən böyük arzusudir.
Əziz Mehriban Xanım, 24 noyabr 1993-cü ildə Qax şəhərində anadan olan Şəhidimiz Asəf Abid oğlu Ağayev 17 dekabr 2020-ci il tarixində 27 yaşında cəbhənin Xocavənd istiqamətində tank əleyhinə minaya düşərək Şəhid olub.
24 noyabr 2022-ci il tarixində Şəhid Asəf Abid oğlu Ağayevin 29 yaşı tamam olur.17 dekabr 2022-ci il tarixi isə Şəhidimiz Asəf Ağayevin Şəhadətə qovuşduğu gündür.
Hörmətli, Mehriban Xanım, Siz Elin Anası, olduqca Xeyirxah bir insansınız.
Sizdən xahişimiz odur ki, Şəhidimiz Asəf Ağayevin xəstə Atası Abid Ağayevi ya Şəhidimizin ad günü tarixində və yaxud da Vətənin bütövlüyü uğrunda Şəhadətə qovuşduğu tarixdə ‘Azərbaycanın Milli Qəhrəmanı” adı ilə əlaqədar verdiyiniz göstərişinizlə sevindirəsiniz.Bu xeyirxah əməliniz Sevimli oğlu, İgid Asəfin həsrəti ilə yaşayan dərdli və xəstə Ataya Ən böyük təsəlliniz olar.Və bu Alicənab hərəkətinizlə xəstə Şəhid Atası Abid Ağayevin oğulsuz yaşamaq ümidini təmin etmiş olarsınız.
Hörmətli,Mehriban Xanım, Sizə çox inanırıq və Sizə güvənirik.Və Sizə öncədən dərin təşəkkürümüzü bildiririk.

Dərin ehtiramla,
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva,Azərbaycan Yazıçılar Birliyinin üzvü,Şairə Solmaz Elqızı,

26 sentyabr 2022-ci il.