Gənclərin icma ziyalıları vasitəsilə “ Açıq Hökumətin Təşviqi “ üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində 22 sentyabr 2022-ci il tarixdə Quba rayonunun Rustov kəndində “Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib.
Təlimdə 21 nəfər iştirak edib. Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadəni nəzərdə tutur.
Layihə koordinatoru Fərrux Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildiridi və layihənin məqsədi barədə ümumi məlumat verdi. Sonra Açıq Hökumət Portalının əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışdı. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırdı.
“Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda keçirilən təlimin əsas məqsədi,dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə mühüm tədbirlər görülən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmədə, xidmət sahələrində, özəl sektorda şəffaflıq tam təmin olunmasına maarifləndirmə yolu ilə dəstək verilməsi haqqında danışıb
Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verib. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb.
Təlimçi Nizami Musayev geniş çıxış edərək Elektron Hökumət portalından istifadə qaydalarını slayd vasitəsi ilə təlimçilərə əyani şəkildə göstərdi.Onu da qeyd etdi ki, ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslandığı və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmasından danışdı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərməsindən və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət təlim iştirakçıları tərəfindən yüksək qiymətləndirdi. “Elektron Hökumət” portalı hazırlanaraq vətəndaşların istifadəsinə verilməsi və bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsinə və “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə haqqında ətraflı məlumat verdi.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadə edilməsi haqqında geniş məlumat verdi.Tədbirdə çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacib olduğunu bildirdilər.