Gənclərin icma ziyalıları vasitəsilə “ Açıq Hökumətin Təşviqi “ üzrə maarifləndirilməsi” layihəsi çərçivəsində 19 sentyabr 2022-ci il tarixdə Quba rayonunun Alpan kəndində “Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda təlim keçirilib. Təlimdə 21 nəfər iştirak edib.
Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə bu layihə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadəni nəzərdə tutur.
Layihə koordinatoru Fərrux Əsgərov ilk öncə layihənin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə həyata keçirildiyini bildiridi və layihənin məqsədi barədə ümumi məlumat verdi. Sonra Açıq Hökumət Portalının əhəmiyyəti, onun vətəndaşların dövlət qurumları ilə qarşılıqlı münasibətlərində yaratdığı geniş imkanlar barədə danışıb. Eyni zamanda Elektron Hökumət portalında qeydiyyat və portaldan istifadə qaydaları barədə təlim iştirakçılarını məlumatlandırdı.
“Elektron hökumət portalları üzrə əhaliyə göstərilən xidmətlərin sosial-iqtisadi əhəmiyyəti” mövzusunda keçirilən təlimin əsas məqsədi,dövlət siyasətinin prioritetlərindən biri olmuş, bu sahədə mühüm tədbirlər görülən müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə yerli idarəetmədə, xidmət sahələrində, özəl sektorda şəffaflıq tam təmin olunmasına maarifləndirmə yolu ilə dəstək verilməsi haqqında danışıb
Koordinator Elektron Hökumət portalında vətəndaşlara xidmət göstərən bir sıra qurumlar və onların göstərdiyi elektron xidmətlər barədə hədəf qruplarına geniş məlumat verib. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Elektron Xidmətlər Reyestri vətəndaşlar üçün yaratdığı rahatlıq, vaxta qənaət və bu kimi digər üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb.
Təlimçi Nizami Musayev geniş çıxış edərək Elektron Hökumət portalından istifadə qaydalarını slayd vasitəsi ilə təlimçilərə əyani şəkildə göstərdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra olunmasında ictimai nəzarətin gücləndirilməsi istiqamətində gənclərin iştirakçılığının genişləndirilməsi üçün ziyalıların potensialından istifadə edilməsi haqqında geniş məlumat verdi
Tədbirdə digər natiqlərdə çıxış edərək Elektron Hökumət Portalların sosial və iqtisadı əhəmiyyətini yüksək qiymətləndirdilər.