Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub (VİDEO)

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub. 24News.ge xəbər verir ki, “Mauqli” ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub. Bununla da Zabit Səmədov karyerasını bitirib. O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: “Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm”. Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.