“SSP Production”ın istehsalı olan “Xatirə və Xəta” bədii filmi ABŞ-da keçirilən nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda “Ən yaxşı bədii film” kateqoriyası üzrə “Accolade heykəlciyi” adlandırılan qızıl prizə layiq görülüb.
Musavat.com xəbər verir ki, filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur.
Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polis və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.
Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montajı Elnur Tarverdiyevə məxsusdur.