Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsinə start verdi.
QHT-nin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, 3 ay davam edəcək layihə çərçivəsində Şəhidlərimizdən bəhs edən “Tarix yazan igidlərimiz” sənədli filmini çəkməyi planlaşdırırıq. Ötən layihəmizdə hazırladığımız kitab Şəhid ailələri, anaları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Biz bu zəruri işi görməklə33 Şəhid ailəsinə sevinc bəxş etdik, həm də vətəndaş olaraq vəfa börcumuzu yerinə yetirdik.
Düşünürük bu layihədə də Şəhidlərimizin əziz xatirəsinə ehtiramımızı bildirirək “Tarix yazan igidlərimiz” sənədli filmini yüksək səviyyədə ərsəyə gətirək. Gənclərin dünyagörüşünə, həyata baxışına bu, filmlər təsir etmək gücündə olacaq. Bu baxımdanqəhrəmanlarımızın həyat yolu və döyüş anlarından bəhs edən filmi çəkmək strateji mahiyyət kəsb edir. Hər bir Şəhidimiz qəhrəmandır. Onların hər biri haqqında kitablar yazılmalı, filmlər çəkilməlidir. Onların arasına elələri var ki, onun hər döyüşü bir dastandır. Biz ötən layihəmizdə “Şəhidlər ölməz, Vətən bölünməz” kitabını yazarkən qəhrəmanlarımızın dastan yazan döyüş yolu ilə tanış olduq. Belə qərara gəldik ki, belə möhtəşəm döyüş yolu haqqında sənədli film çəkmək zəruridir. Nəhayət təqdim etdiyimiz layihə çərçivəsində bu ideyanı gerçəkləşdirməyə imkan yaranıb. Şəraiti nəzərə alaraq layihə dövründə və layihədən sonrakı zamanlarda “Tarix yazan igidlərimiz” sənədli filminin təqdimatını, müxtəlif platformalarda nümayişini keçirəcəyik.
Fact-info.az