Xankəndinə köç edən biznesmen Ruben Vardanyan hansı ölkənin təxribatçı planıdır?

Rusiyada yaşayan erməni biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gətirilməsi çox ciddi qara planların sülhə əngəl ola biləcək təxribatların tərkib hissəsidir.

Regionda sülhün yaranması və geniş iqtisadi əməkdaşlıq üçün zamanın yetişəcəyi belə məqamda  erməni biznesmen Ruben Vardanyanın zühur etməsi təsadüfi sayıla bilməz. Bunun arxasında həm Rusiyanın, həm də dünyada təşəkkül tapmış mənşəyi və mənbəyi bəlli olmayan mərkəzlərin qara planlarının olmasını daha çox ehtimal etmək olar.

Düşmən tərəfinin hansı planlar qurmasından, hansı təxribatlara əl atmasından asılı olmayaraq bizim millət, dövlət, cəmiyyət olaraq adekvat cavablarımız olmalıdır. Şuşa, Laçın digər ərazilərimizin azad olunması, strateji yüksəkliklərin nəzarətimiz altına keçməsi bizi arxayın etməməlidir. Tərxibatçı qüvvələrə qarşı uzunmüddətli mübarizə üçünimmunitet formalaşması ilə bərabər çox dəqiq və aydın proqramlar olmalıdır. Bu çox geniş mövzudur. Bu barədə növbəti yazımda ətraflı aydınlıq gətirəcəm.

Əlqərəz, Azərbaycanın  strateji məkanı olan Qarabağda qeydiyyatı olan ermənilərin siyahıya alınması prosesinə start verilməlidir. Rus sülhməramlıların qarşısında bu məsələ kəskin  şəkildə qaldırılmalıdır ki, kənar şəxslərin, yəni Azərbaycan vətəndaşlığı olmayan ermənilərin Xankəndinə gəlişi birmənalı şəkildə yasaqlanmalıdır.

Nəhayət biznesmen Ruben Vardanyanın və digər təxribatçı yanların Azərbaycan ərazisindən rədd olub getməsi məsələsi sürətlənməlidir.

Əkrəm Bəydəmirli