Gənc Vətənpərvərlər İctimai Birliyi layihəyə stard verdi

Gənc Vətənpərvərlər İctimai Birliyi layihəyə stard verdi Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək “adlı layihəyə start verib. Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev Konfransı giriş sözü ilə acaraq gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və icra olunan layihənin mahiyyətindən söhbət açıb. O , qeyd etdi ki ,QHT Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və fəaliyyət planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 12 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir Layihə rəhbəri M. Əliyev bildirib ki, layihə 3 ay müddətində 01.09.2022-cü il tarixdən 01.12.2022-ci il tarixədək Bakı şəhərində həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan eyni zamanda pis vərdişlərindən uzaq olması üçün Ümumtəhsil orta ixtisas və Ali təhsil müəssisələrində ,Əyləncə mərkəzlərində , İdman Cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. Qeyd edək ki, layihə müddətində ictimaiyyət arasında məktəblərdə, idman cəmiyyətlərində KİV-in, İdman federasiya və klubların, QHT-ı, Gənclər təşkilatları, Qarabağ müharibə veteranlarının iştirakı ilə Dəyirmi masalar da keçiriləcək. Xatırladaq ki, layihəyə cari ilin 1 dekabr 2022-ci il tarixində yekun vurulacaq. Sonda ən fəal iştirakçılara daxili imkanla hesabına fəxri diplomlar təqdim ediləcək. Tədbirdə KİV-n, Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər ,birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər .

GVB-n Mətubat və İnformasi şöbəsi