Vüsal Abdullazadə məşqçi- müəllimlərə irad bildirib.

İdman növləri üzrə məşqçi-müəllimlər də sertifikasiya olunasa çox yaxşı olar. Düşünürəm ki, gələcəkdə gənclər və idman nazirliyi bu məsələdə də addımlar atacaq. Bilik və bacarığı olmayan, cahil adamlar “nəyəsə xatir” bəzi federasiyalarda dərs deyirlər. Məşqçi-müəllimlər əslində pedaqoq olmalı, cəmiyyətimizə sağlam, düzgün, faydalı, vətənpərvər idmançılar yetişdirməlidir.

Bu fikirlərim qeyri-olimpiya idman növlərinə, xüsusilə də döyüş növlərinə aiddir. Bir qrup “işbazlar” gənc nəsli, uşaqları və yeniyetmələri “bədbəxt” edirlər.
Xüsusi bilik və bacarığı, tərbiyəsi, əxlaqı, özünü aparmaq mədəniyyəti olmadan “dərs” keçirlər, “hakim”lik edirlər. Bu Azərbaycan idmanına mənfi təsir göstərir, qeyri-sağlam “idmançı” kütləsinin çoxalmasına səbəb olur. Əslində bunları idmana şamil etmək lazım deyil.

Odur ki, idman camiyəsi olaraq, hamılıqla həmin “işbaz”larla mübarizə aparmalı və linç etmək lazımdır.
Facebook paylaşımında Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə fikirlərini bölüşüb.

Dünyaxeberorg Leyla Mətin.