Gücümüz birliyimizdədir

Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri olaraq çox narahatcılıq hiss edərək bildirirəm ki, son zamanlar sosial şəbəkələrdə Eybəcər görüntülər vidiolar çox yayılır. Bəzən montaj edirlər, quraşdırırlar. Kiminsə nüfuzuna xələl gətirmək, alçaltmaq, ləkələmək üçün, ya da maddi nəsə umduqları üçün belə vidioları yayırlar. Düzgün deyil mintalitetimizə zidd olan vidiolar yolverilməzdir. Belə paylaşılınan vidiolar gənc nəsilin vətənpərvər ruhda böyüməsinə psixoloji təsirini göstərir və müzakirəyə səbəb olur.Ancaq təbii ki, Azərbaycan cəmiyyəti özü böyük ölçüdə diqqətini əsas məsələsinə – Qarabağ məsələsinə, azad olunmuş torpaqların bərpasına və insanların dədə baba torpaqlarında məskunlaşma istiqamətində uğurla işlər aparılır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı hər zaman bir psixoloji, ideoloji və informasiya savaşı aparılır. Xüsusilə bu, 44 günlük savaşdan sonra öz aktuallığını daha da artırıb. Çünki savaşdan məğlub olan Ermənistan Azərbaycana qarşı savaş meydanında əldə edə bilmədiyi uğurları informasiya, təbliğat, psixolojik savaş müstəvisində qazanmaq istəyir. Ona görə də, bu istiqamətdə aktiv fəaliyyət göstərilir. Azərbaycan media məkanlarına bəzən dezinformasiyalar, yaxud feyk məlumatlar ötürülür və bununla da, cəmiyyətə müəyyən qədər təsir edilməyə çalışılır”.
Amma, eyni zamanda dövlət qurumlarında, QHT sektorunda həm orada çalışan məsul şəxslər, xüsusilə də, işləyən şəxslər öz davranışlarına, hərəkətlərinə, ifadələrinə, sözlərinə diqqət etməlidirlər ki, sonradan bu cür acınacaqlı, anlaşılmaz durumda qalmasınlar. Yəni, vacib olan məsələ budur. Xüsusilə də, dövlət qurumlarında və digər sahələrdə çalışan şəxslər peşə etikasına, vəzifə etikasına əməl etməlidirlər və onların davranışı nümunəvi davranış olmalıdır. Əlbəttə ki, bu məsələlər fərdi qaydadır, bu çox müstəsna hallar kimi qiymətləndirilə bilər. Bunlar nadir hadisələrdir. Bu tipli hadisələrlə bizim vətən sevən cəmiyyətimizin diqqətini əsas hədəflərindən problemlərdən yayındıra bilməz,o cümlədən bizim Qarabağın və işğaldan azad olunmuş ərazilərin abadlıq quruculuq işləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “ sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Buna misal olaraq
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi baris bir nümunədir
Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!
Gücümüz birliyimizdədir
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri
Müqamət Süleyman oğlu Əliyev(Muğan)