5 avqust 2022-ci il tarixində Şəhid Bünyadlı Rəvan Asif oğlunun 21 yaşı doğulduğu Almalı kəndində qeyd olunub

Dünyaxeber.org xəbər verir ki,5 avqust 2022-ci il tarixində Şəhid Bünyadlı Rəvan Asif oğlunun 21 yaşı doğulduğu Almalı kəndində qeyd olunub.Şəhidin ikinci doğum günündə Almalı camaatı,rayon ictimaiyyətinin nümayəndələri,Qax Rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi şöbəsinin müdiri Vəfa Heydərova,Qax Rayon İcra Hakimiyyətində Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, sədr müavini Səriyyə Vəlizadə, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının sədri Şairə Solmaz Əfəndiyeva (Solmaz Elqızı) və başqaları iştirak etmişlər.Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi Şəhidi Bünyadlı Rəvan Asif oğlu 5 avqust 2001-ci ildə Qax Rayonunun Almalı kəndində anadan olub.Rəvan Bünyadlı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb.Subay idi.
Şəhid Bünyadlı Rəvan Asif oğlu 27 sentyabr 2020-ci ildə Ermənistan dövləti tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu post istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən
Şəhid Bünyadlı Rəvan Asif oğlu ölümündən sonra,15.12.2020-ci ildə “Vətən uğrunda” medalı, 29.12.2020-ci ildə “Laçının azad olunmasına görə” medalı,05.11.2021-ci ildə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Hamısıah rəhmət eləsin.Məkanı cənnət olsun.

Dünyaxeber.org Solmaz Əfəndiyeva (Solmaz Elqızı)