Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım bildirir ki, cəmiyyətdə olan çatışmazlıqları aradan qaldırmaq üçün yazılan layihələr təstiq olunarsa layihənin həyata keçirilməsi üçün lazım olan hesablanmış məbləğdə pul ayrılır. Ayrılan pul dövlət tərəfindən necə və hara xərcləndiyi izlənilir.
İctimai fəaliyyəti ilə daim diqqət mərkəzində olan , işgüzar xanım Dünya Ana və Uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva daim qazilərə və şəhid ailərinə göstərdiyi qayğı ,onların problemlərinin həlli istiqamətində gördüyü işlər ,həmçinin şəhidləri və vətən müharibəsi qazilərini Dünyaxeber.org saytında işıqlandıraraq öz mövqeyini ,vətənpərvərliyini göstərir.
Cəmiyyətdə olan problemləri də diqqətdən kənar qoymayan Dünyaxanım bu il Şuşa iliylə əlaqədar və Erkən nigahla bağlı iki layihə verdiyini söyləyir. Erkən nigahla bağlı layihənin təsdiq olunduğunu bildirir.
Hal- hazırda yay tətilinin olduğuna baxmayaraq Zaqatala ,Şəki və Quba rayonlarında şəhid və qazi ailələrinə ziyarətə davam etməkdədir. Qazandığı layihəni isə yaxın zamanda həyata keçirəcəyini bildirdi.
Dünyaxanım Əliyevaya gördüyü işlərdə və tutduğu şərəfli yolda uğur və müvəffəqiyyət arzu edirəm.
Dünyaxəber.org Leyla Mətin