Dünyaxeber.org xəbər verir ki, vətən müharibəsində canını önə verən, vətənə misilsiz xidmətləri olanlardan biri də 1973cü ildə Zaqatala rayonu Faldarll kəndində anadan olan Hümbətov Yusif Rüstəm oğludur .O ilk orta təhsilini elə doğulduğu kənddə alıb .1991ci ildə Faldarll kənd orta məktəbini bitirib.1992 ilin aprel ayından 1994-cü ilin avqust ayınadək müddətli həqiqi hərbi xidmətdə olub.1994 -1998ci illərdə BABKM(BAKı ALİ BİRLƏŞMİŞ KOMANDANLıQ MƏKTƏBİNDƏ TAKTİKİ QOŞUN KƏŞFİYYATı İxtisası üzrə təhsil alıb.XÜSUSİ TƏYİNATLı KƏŞFİYYAT ,MOTOATıcı BÖLMƏLƏRDƏ XİDMƏT edən Yusif ,2001ci ildə düşmən tərəfdə kəşfiyyat tapşırığı yerinə yetirən zaman ağır yaralanıb. Hərbi xidmətinin böyük hissəsini ön xətdə düşmənlə bilavasitə təmas şəraitində keçirən Yusif 2017ci ildə ordu sıralarından ehtiyata buraxılıb. Qələbənin necə gözəl hiss ,müqəddəs duyğu olduğunu 2016 – cı ildə Lələtəpədə hiss etmişdim deyir. Ehtiyata buraxılandan sonra içimdə İllərdi böyük bir nisgil qalmışdı. Mən müharibə arzusuyla yaşayırdım .Müharibə əmri veriləndə bəlkə də mənim kimi çox sevinən olmazdı. Torpaqların işğaldan azad olunmasını istədiyim qədər düşmənə nifrət bəsləyirdim.
Il vətən müharibəsinə könüllu qoşulan həmsöhbətim – Mayor Yusif Hümbətov oktyabrın 26- da Füzuli istiqamətində gedən döyüşlərdə agır yaralanıb.Əməliyyatdan sonra 5 gün komada qalıb.
Hərbçi olduğunuza görə heç peşman olmusunuz sualıma
– Hərbçi olduğuna görə heç vaxt peşman olmadığını bildirən Yusif müharibə dövründə müəyyən məqamlarda göz yaşlarını da saxlaya bilmədiyini etiraf edir. Xocalıda keçirdiyim o ağır hissləri ll vətən müharibəsində mayor Hacıyev Elnur və mayor İsmaylov Natiq yaxlnlığımda şəhid olanda yenidən keçirdim deyir. Xdməti dövründə bir sıra təltiflərə də o cümlədən Azərbaycan Dövlət başçısının əmri ilə Silahli qüvvələrinin yaranmasının 10.90.95.illik yubiley medalları ,qüsursuz xidmətlərə görə 3cü, 2ci, 1ci dərəcəli medalları ilə , həmçinin vətən mühəribəsində Suqovuşanın azad olunması ,Füzulinin azad olunması ,İgidliyə görə medallarl ilə təltif olunub.
Yusif Hümbətov yeganə arzum Xocalını azad görməkdir söyləyir.
Dövlətdən gördüyünüz qayğı və diqqət sizi qane edirmi sualıma –
Məni qane edir ,amma ,əsgərlərə daha çox qayğı gərəkdir.İntihar hadisələri çox üzücüdür.Dövlət dəstək göstərir ,prezident dəfələrlə hər çıxışında qazilərlə bağlı tapşırıqlar verir adiyyəti qurumlar daha da həssas olmalıdlrlar – deyir.
Dünyaxeber.org Leyla Mətin