22 İyul Milli Mətbuat Gününə həsr olunmuş ” Qələmlə Vətənə Xidmət Edənlər” adlı tədbir kecirilmişdi

Layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu “Azərkitab” Kitab Mərkəzində A Media təşkilatı adından 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş ” Qələmlə Vətənə Xidmət Edənlər” adlı tədbirdə bir qrup vətənpərvər media nümayəndələri və rəssamlar “Vətənpərvərlik Ruhunda” Mükafatı ilə təltif olundular.Tədbiri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq təşkilatçılara gözəl təşəbbüs olduğunu bildirdi. Media nümayəndələrini təbrik edib uğurlar arzuladı.