Xuraman Muradova:”Generalından tutmuş sıravi əsgərinə qədər təbrik edirəm”-Milan Hospitalda Qurban bayramı münasibətilə qazilərin də iştirak etdiyi tədbir keçirildi

 Milan Hospitalın təsisçisi, baş direktoru, professor, sahibkar Xuraman xanım Muradovanın rəhbərliyi ilə Qurban bayramı mühasibətilə tədbir keçirilib.

Tədbirdə  Vətən Müharibəsi Qazilərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin kollektivi, başda sədr Oktay Mirəlizadə olmaqla,şəhid anaları iştirak ediblər.

Tədbirdə Xuraman Muradova Azərbaycan xalqına Qurban bayramı münasibətilə təbriklərini çatdırıb:
“Əziz Azərbaycan xalqımız,Azərbaycan xalqımım gözəl oğulları,qızları,vətəndaşları, Azərbaycan xalqının nümayəndəsinin adını daşıyam hər bir kəs. Hamınız xoş gəlmisiniz. Burda olan və olmayanlar. Azərbaycandan kənarda olanlar. Bütün türk dünyamız. Sizin müqədəds olan Qurban Bayramımızı təbrik edirəm. Hamımızın bildiyi kimi 30 ilə yaxın bir müddətdə torpaqlarımız xain düşmənlər tərəfindən zəbt olunmuşdur. Nə qədər bayramlar keçirsəkdə bunların heç biri bizim ürəyimizcə, könlümüzcə deyildir. Qəlb sıxıntımız var idi. Nəhayət ki, 30 ilə yaxın bir müddətdən sonra bizim Ali Baş Komandanımızın, ordumuzun igid

oğullarının və xalqımıızın birliyi,həmrəyliyi nəticəsində biz torpaqlarımızı xain düşmənlərdən azad elədik. Sizin kimi oğullarımızın hesabına, sizin kimi valideynlərin hesabına. Biz çox sayda şəhidlər verdik. Bizim çox sayda qazi oğullarımız oldular. Sizlər bizim qeyrətli, şərəfli oğullarımızsınız.

Biz sizlərlə qürur duyuruq, fəxr edirik. Yaxşı ki, siz varsınız. Generalından tutmuş sıravi əsgərinə qədər təbrik edirəm. Hamısıah sizləri var eləsin.

Hamısıah heç vaxt birdə bizim müqəddəs torpaqlarımızı, balalarımızı əzizlərimizi düşmən əlinə verməsin”.

Milan Hospitalda keçirilən tədbirdə şəhid ailələrinə,qazilərə və məhdud imkanlı ailələrə Qurban payları təqdim edilib.Habelə ehtiyacı olan insanların evlərinə Qurban payları göndərilib.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az