Xəzər TV-də aparıcı Zaur Kamalın davranışı,

 Güneydən olan soydaşımızın efirdən qovulması Azərbaycan teleməkanının necə bərbad vəziyyətdə olduğundan xəbər verir. Bu gün sorğu aparsaq görərik ki, tamaşaçıların xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir.
Təbii ki, bunun ciddi səbəbləri var. Düzdür, heç kimə qadağa qoymaq olmaz ki, sən yalnız yerli kanalları seyr et. İnzibati resurslar hesabına bunu etməkdə mümkün deyil. Ancaq bütün bu məqamlar düşünməyə əsas verir ki, öz teleməkanımıza diqqət yetirək.
Etiraf etmək lazımdır teleməkanda ciddi problemlər hələ də qalmaqdadır. Bu gün təəssüf doğuran odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur.